İran Qarabağa qeyriqanuni yük daşımalarına son qoymalıdır Deputat


Siyasət 12 Sen 2021 11:16:00 51 0

İran Qarabağa qeyriqanuni yük daşımalarına son qoymalıdır  Deputat

Son aylar İrandan davamlı olaraq Qarabağa yüklərin daşınması haqlı olaraq Azərbaycan cəmiyyətində ciddi narazılıq yaradır. İran tərəfi Azərbaycanın bu həssaslığını mütləq nəzərə almalıdır. Bu hazırda Qarabağda ağır durumda yaşayan ermənilərin Azərbaycana qarşı müqavimət aparmasına dəstək anlamına gəlir. İran Qarabağa qeyri-qanuni yük daşımalarına son qoymalıdır.

Son.az bildirir ki, bunu Trend-ə Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.

Deputat vurğulayıb ki, məlum olduğu kimi, bu ilin avqustunda Azərbaycan rəsmi Bakının icazəsi olmadan Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi bölgələrə çoxlu sayda İran yük maşınının daxil olması barədə məlumatlar əldə etmişdi:

"Təkcə 11 iyul - 8 avqust tarixlərində 35 İran avtomobili 70 dəfə Laçın dəhlizi vasitəsilə giriş-çıxış həyata keçirmişdir. Bununla əlaqədar, avqustun 11-də İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi Xarici İşlər Nazirliyinə çağırılaraq Azərbaycan tərəfinin narahatlığının ifadə olunduğu nota ona təqdim edilmişdi.

Əfsuslar olsun ki, həmin müddətdən bir ay vaxt keçməsinə baxmayaraq, hələ də İran tərəfi Bakının etirazlarına cavab verməyib və hazırda Qarabağa qanunsuz yük daşımağa davam edir. Belə ki, əldə olunan məlumatlara əsasən, avqustun 11-dən sentyabrın 10-dək İrandan Xankəndiyə müxtəlif təyinatlı, əsasən yanacaq-sürtkü materialları daşıyan 58 yük maşını daxil olub. Bunlardan 55-i oranı daha sonra tərk edib.

Onu da qeyd edək ki, bu məsələdə Rusiya sülhməramlıları da məsuliyyət daşıyır. Ermənilərin və iranlıların qanunsuz hərəkətləri onların gözü qarşısında baş verir. Belə çıxır ki, onlar Laçın dəhlizində vəziyyətə nəzarət edə bilmir, ya da bütün bunlar onların razılığı ilə baş verir.

Onu da vurğulamaq lazımdır ki,, 11 iyul - 8 avqust tarixlərində 20 minə yaxın şəxs Xankəndini tərk edib və yalnız 15 min nəfər daxil olub. Sülhməramlılar bunu çox gözəl başa düşür ki, onların məsuliyyət zonası boşalacağı təqdirdə Qarabağda sülhməramlı kontingentin qalmasının məqsədəuyğunluğu sual altına düşəcək. Ona görə əhalinin Qarabağdan köçməsinin qarşısını süni yolla almağa çalışır, Xankəndində yaşayan ermənilərin məişət problemlərinin həllində xüsusi fəallıq nümayiş etdirirlər".

Deputat bildirib ki, hər kəsə məlum olduğu kimi, Azərbaycan tərəfi prosesi diqqətlə izləyir və bütün baş verənləri xüsusi diqqətdə saxlayır:

"İran tərəfi ikitərəfli əlaqələri nəzərə alıb, Qarabağa qeyri-qanuni yük daşımalarına son qoymalı, sülhməramlı qüvvələr də bu kimi qanunsuz fəaliyyətlərin qarşısını ciddi şəkildə almalıdır. Əks təqdirdə, Azərbaycan özü bu kimi halların qarşısını almaq üçün adekvat addımlara atmağa məcbur olacaq".

"Sənə qalmamışam ki, get işinlə məşğul ol"  Müğənni Nərmin like
  • 12 Sen 11:09  
Şou-biznes "Sənə qalmamışam ki, get işinlə məşğul ol" Müğənni Nərmin

ARB TV-nin "YouTube" layihəsi olan "Özümüz danışaq" ve

arrow Ətraflı
Parisdə keçirilən mitinqdə 100ə yaxın aksiyaçı saxlanılıb like
  • 12 Sen 10:55  
Dünya Parisdə keçirilən mitinqdə 100ə yaxın aksiyaçı saxlanılıb

Fransanın paytaxtı Parisdə sanitariya keçidlərinə qarşı keçirilən nüm

arrow Ətraflı
Çində koronavirusun yeni yayılma ocağı aşkarlandı like
  • 12 Sen 10:48  
Dünya Çində koronavirusun yeni yayılma ocağı aşkarlandı

Çinin şərqindəki Fuzyan əyaləti COVID-19-un yeni yoluxma episentri aşkarl

arrow Ətraflı
Xərçəngə tutulan aktrisanın yeni layihəsi  FOTO like
  • 12 Sen 10:41  
Şou-biznes Xərçəngə tutulan aktrisanın yeni layihəsi FOTO

Xərçənglə mübarizə aparan türkiyəli məşhur aktrisa Canan Ergüder yeni

arrow Ətraflı
Hacıqabulda narkotik yetişdirən şəxs saxlanıldı like
  • 12 Sen 10:27  
Digərləri Hacıqabulda narkotik yetişdirən şəxs saxlanıldı

Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasit

arrow Ətraflı
“Karantin zamanı teztez cinsi əlaqədə olun” – Həkimdən dünyaya məsləhət like
  • 12 Sen 10:20  
Digərləri “Karantin zamanı teztez cinsi əlaqədə olun” – Həkimdən dünyaya məsləhət

Doktor və teleaparıcı Yevgeni Komarovski insanlar üçün uzun karantin müdd

arrow Ətraflı
Ramin Bayramlı istefa verdi like
  • 12 Sen 10:13  
Digərləri Ramin Bayramlı istefa verdi

TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı istefa verib.

arrow Ətraflı
Prokuror küçədə çılpaq gəzdi: Sakinlər polisə şikayət etdi  FOTO like
  • 12 Sen 10:06  
Dünya Prokuror küçədə çılpaq gəzdi: Sakinlər polisə şikayət etdi FOTO

Polşanın cənub-şərqində yerləşən Svidnitsa şəhərində prokuror küç

arrow Ətraflı
İtaliyada silahlı şəxs 5 nəfəri bıçaqladı like
  • 12 Sen 09:59  
Dünya İtaliyada silahlı şəxs 5 nəfəri bıçaqladı

İtaliyanın Rimini şəhərində kişi avtobusda bıçaqla insanlara hücum edi

arrow Ətraflı
Serenay eşq iddialarını yalanladı like
  • 12 Sen 09:52  
Şou-biznes Serenay eşq iddialarını yalanladı

Aktrisa Serenay Sarıkaya rejissor Umut Evirgenlə eşq yaşadığı iddiaların

arrow Ətraflı
FTB ilk dəfə 11 sentyabrla bağlı gizli sənəd yaydı like
  • 12 Sen 09:45  
Dünya FTB ilk dəfə 11 sentyabrla bağlı gizli sənəd yaydı

ABŞ Federal Təhqiqat Bürosu (FTB) ilk dəfə 11 sentyabr 2001 -ci il hadisəl

arrow Ətraflı
İraqda hava limanının ərazisində bir neçə partlayış baş verib like
  • 12 Sen 09:38  
Dünya İraqda hava limanının ərazisində bir neçə partlayış baş verib

İraqın Ərbil şəhərinin hava limanının ərazisinə partlayıcı maddələ

arrow Ətraflı
Brüsseldə koronavirus məhdudiyyətlərinə etiraz etdilər like
  • 12 Sen 09:31  
Dünya Brüsseldə koronavirus məhdudiyyətlərinə etiraz etdilər

Belçikanın paytaxtı Brüsseldə koronavirusun yayılmasının qarşısını a

arrow Ətraflı
Afət Fərmanqızının atası görün kim imiş like
  • 12 Sen 09:24  
Şou-biznes Afət Fərmanqızının atası görün kim imiş

Müğənni Afət Fərmanqızı atasının görkəmli alim olduğunu bildirib.

arrow Ətraflı