"Sənə qalmamışam ki, get işinlə məşğul ol" Müğənni Nərmin


Şou-biznes 12 Sen 2021 11:09:00 129 0

"Sənə qalmamışam ki, get işinlə məşğul ol"  Müğənni Nərmin

ARB TV-nin "YouTube" layihəsi olan "Özümüz danışaq" verilişinin növbəti qonağı müğənni Nərmin Kərimbəyova olub.

Müğənni ünvanına yazılan tənqidi şərhlərdən danışdı: 

"Şərhlərə gülürəm. Bizdə tənqid anlayışı çox zəifdir. Daha çox təhqir edən sözlər yazırlar. Ona necə ciddi yanaşmaq olar? Fərqliliyə və rəqslərə görə daha çox yazılır. Mən rəqs etməyi bacarıram, tənqid edirlər. Baxmaq istəmirsən baxma, sənə qalmamışam ki. Get işinlə məşğul ol, həyatını yaşa. Amma gərək girib şərh yazsın, çünki bekardır".