FTB ilk dəfə 11 sentyabrla bağlı gizli sənəd yaydı


Dünya 12 Sen 2021 09:45:00 116 0

FTB ilk dəfə 11 sentyabrla bağlı gizli sənəd yaydı

ABŞ Federal Təhqiqat Bürosu (FTB) ilk dəfə 11 sentyabr 2001 -ci il hadisələrinə dair sənədlərin bir hissəsini yayıb.

Son.az APA-ya istinadən bildirir ki, sənəd FTB-nin saytında yerləşdirilib.

Qeyd edək ki, bu sənədlər ABŞ prezidenti Co Baydenin fərmanına əsasən məxfilikdən çıxarılıb.

Saytda yerləşdirilən sənəddə qeyd olunur ki, bu material 3 sentyabr 2021 -ci ildə imzalanmış sərəncama uyğun olaraq nəşr olunur. Dərc edilən sənəd 2016 -cı ilə aiddir və 16 səhifədən ibarətdir. Sənəd Səudiyyə Ərəbistanının Los -Ancelesdəki konsulluğunda işləyən bir şəxsin ifadəsinə əsaslanır. Həmin adam sonradan Amerika vətəndaşlığı almaq istəyib.

Mənbə şəxsin adını məxfilik naminə açıqlamır.