Lavrovdan Əfqanıstanla bağlı


Dünya 11 Sen 2021 23:36:00 194 0

Lavrovdan Əfqanıstanla bağlı

"Əfqanıstanda baş verən son hadisələr nəticəsində yaranan qaçqın problemininin həlli üçün bütün ölkələr öz imkanlarını səfərbər etməlidir".

Son.az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvada keçirilən brifinqdə deyib.

O bildirib ki, Əfqanıstandakı hadisələrin humanitar nəticələri qorxuncdur:

"Qonşu ölkələrin torpaqlarına Əfqanıstandan qaçqın axınının artması təhdidi bizi narahat edir. Qaçqınların çoxu Avropaya keçməyə çalışır və dəvət edilmədikləri ölkələr üçün ciddi problemdir. Bu problem ən qısa zamanda həllini tapmalıdır.

Bunun üçün Əfqanıstandakı siyasətləri belə məyusedici nəticələrə səbəb olanlar olmaqla, bütün əlaqədar ölkələr imkanlarını səfərbər etməlidir".