Ağsuda avtomobil yol kənarındakı adamı vurub


Digərləri 11 Sen 2021 21:34:00 118 0

Ağsuda avtomobil yol kənarındakı adamı vurub

Ağsuda avtomobil yol kənarındakı adamı vurub.

"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə bu gün saat 19 radələrində Ağsu-Kürdəmir-İmişli yolunun Muradlı kəndi ərazisində olub.

Belə ki, rayonun Ərəbsarvan kənd sakini, 1992-ci il təvəllüdlü sürücü Elçin Namiq oğlu Bağırov idarə etdiyi "LADA-21010" markalı minik maşını ilə Kürdəmir istiqamətində hərəkətdə olarkən qəflətən qarşısına iribuynuzlu heyvan çıxıb. Sürücü idarəetməni itirib və yolun kənarınada oturaq vəziyyətdə olan Muradlı kənd sakini, 1965-ci il təvəllüdlü Asif Əhməd Oğlu Mənəfovun üstünə çıxıb. A.Mənəfov hadisə yerindəcə dünyasını dəyişib.

Onun meyiti müayinə üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertizası və Pataloji Anatomiya Birliyinin Ağsu rayon şöbəsinə aparılıb.