Zalım xəlifənin evində İmam ardıcılı –


Digərləri 11 Sen 2021 21:10:00 125 0

Zalım xəlifənin evində İmam ardıcılı –

Zubeydə Harunun yoldaşı idi, amma Həzrət Musa ibn Cəfərin (ə) davamçılarından idi. Öz əsrinin ən zəngin insanlarından hesab olunurdu. Onun malik olduğu sərvətlərdən biri də qızılla işlənmiş Quran kitabları idi. Bu Quranların hər tərəfi qızılla işlənmiş və ətrafına qızıllar düzülmüşdü.

Bir gün Zubeydə bu Quranlardan birini oxuyan zaman bu ayəyə gəlib çatır: "Sevdiyiniz şeylərdən (Allah yolunda) xərcləməyincə, əsla (kamil) yaxşılığa nail ola bilməzsiniz. Allah şübhəsiz ki, (Onun yolunda) xərclədiyiniz hər şeyi biləndir". ("Ali-İmran" 92).

Öz-özünə düşünür ki, onun üçün ən sevimli əşya hansıdır və yadına düşür ki, oxuduğu bu Quran kitabları onun üçün hər şeydən daha əzizdir.

Ona görə də bu Quranları düzəldən ustanı yanına çağırır və əmr edir ki, Quranın üzərində olan qızılların hamısını çıxartsın.