Qadınla kişinin cismi və ruhi fərqləri


Digərləri 11 Sen 2021 20:20:00 131 0

Qadınla kişinin cismi və ruhi fərqləri

Müqəddəs Quranın nəzərinə görə, insan - xilqət aləminin ən şərəfli varlığıdır ki, Uca Allah onu yer üzərində öz xəlifəsi elan etmişdir. İnsan, yaradılış baxımından kişi və qadın cinsinə bölündüyü üçün, bəzi fərqlərə malikdir. Onlarla tanış olaq.

Qadınla kişinin cismi fərqləri:

1. Kişilər adətən iri cüssəli, qadınlar isə onlara nisbətdə daha kiçik olurlar.

2. Kişilərdə əzələ inkişafı qadınlara nisbətdə daha çox olur. Qadınlar isə zərif və lətif varlıqlardırlar.

3. Kişinin bədənində xüsusi kobudluq hiss olunur ki, ona heybətlik verir. Bədənində olan tüklərdən tutmuş, əzələlərinin güclü olmasına qədər. Qadınlar isə bu sahədə xüsusi zərafətə malikdirlər.

4. Kişinin səsi adətən qalın, qadının səsi incə olar.

5. Qadın kişidən daha tez həddi-büluğa çatar.

6. Qız uşaqları oğlan uşaqlarına nisbətdə daha tez danışarlar.

7. Kişinin orta həddə olan beyni, qadının orta həddə olan beynindən həcmcə böyük olar.

8. Kişilərin ağciyərləri qadınların ağciyərindən daha çox hava qəbul edər.

9. Qadınların ürək zərbələri kişilərdən daha çox olar.

10. Qadınlar kişilərdən fərqli olaraq, bir çox xəstəliklərə qarşı daha davamlıdırlar.

Ruhi fərqləri:

Əgər qadınla kişi arasında fərq olmasaydı, cəzzabiyyət kimi bir məfhum mövcud olmazdı. Qadınla kişi cismi cəhətdən fərqləndikləri kimi, ruhi cəhətdən də bir-birindən fərqlənirlər.

1. Kişi söykənəcək dayaqdır, qadın isə hüzur mənbəyi.

2. Qadınlar başqalarının nəzərini cəlb etməyi sevən varlıqlardırlar. Ancaq bu hiss kişilərdə fərqlidir.

3. Qadın sevib və sevilməyi sevir. İstəyir ki, ona həmişə ehtiyac hiss etsinlər.

4. Kişi daha çox düşüncə və fikirlərinə önəm verər, qadınlar isə hisslərinə. Ona görə də qadınları daha həssas varlıqlar adlandırırlar.

5. Kişilərdə daha çox rəhbərlik etmək hissi güclü olar, qadınlarda isə söykənəcəyi insana eşq və sevgi göstərmək, şəfqət etmək.

Bütün bu fərqlərə baxmayaraq, qadınla kişi bir-birini tamamlayan varlıqlardır. Allah Təala qadınla kişini bir-birinin libası adlandırmış və həyatda da cismi və ruhi fərqlərinə baxmayaraq, bu həqiqətin bir daha şahidi oluruq. (Həvzəh)

"Onlar sizin üçün libasdırlar və siz onlar üçün libassınız (hər biriniz digərinin zinəti, eyiblərini örtən və onu günahdan qoruyansınız)".