Şeytan harada yaşayır?


Digərləri 11 Sen 2021 20:10:00 147 0

Şeytan harada yaşayır?

Hədislərdə oxuyuruq ki, o məclisdə ki, Allah yada salınar - mələklər həmin yerə toplaşar. Şeytan isə öz ordusunu göndərər ki, həmin mələkləri dağıtsınlar. Şeytanlar ən çox Allahı inkar edənlərin yanında toplaşarlar. Həzrət Peyğəmbərin (s) qətl olunması planında da, o cümlədən, İblisin (lən) barmağı olmuşdur.

Bəs bu İblisin (lən) yaşadığı məkan haradadır?

İmam Əlidən (ə) "Nəhcul-bəlağə"də buyurulur: "Şeytan öz davamçılarının sinəsində yumurtalarını qoyar və sonra onlar cücələrə çevrilərlər".

Yəni, ehtimalın biri budur ki, şeytan insanların sinəsində yaşayar.

İmam Əli (ə) bu haqda başqa yerdə belə buyurur: "O düşməndən çəkinin ki, sinələrə gizli şəkildə nüfuz edərlər və bir küncdə sakit şəkildə əyləşərlər".

Bu cür insanlar şeytanın ordusunun sıralarına qoşular və onların saylarını artırar. O kəsin ki, qəlbi şeytan tərəfindən zəbt edilər - Allahdan qorxmaz və hətta Onu inkar etməyə qədər cürət edər.