Ali məktəblərin boş qalan plan yerlərinə və kolleclərə ixtisas seçiminin nəticələri açıqlanıb
Digərləri 11 Sen 2021 18:53:00 169 0
Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbulun nəticələri elan olunub.
DİM-in mətbuat xidmətindən Son.az-a verilən məlumata görə, nəticələr DİM-in internet saytında yerləşdirilib
Abituriyentlər (həmçinin subbakalavrlar) müsabiqənin nəticələri haqqında məlumatı DİM-in internet saytından, eləcə də mobil nömrələr (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə "iş nömrəsi"ni və ya elektron ixtisas seçimi ərizəsindəki "7 rəqəmli kod"u 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər. Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinin və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin müsabiqəsində iştirak etmək üçün 22218 şəxs ixtisas seçimi edib. Müsabiqə nəticəsində ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə 981 nəfər (o cümlədən 824 nəfər subbakalavr), tam orta orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə isə 11691 nəfər qəbul olub. Tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulunun nəticələrinə əsasən, plan yerləri 98.82% dolub. Cəmi 140 yer (1.18%) boş qalıb. Bu yerlər də xüsusi qabiliyyət imtahanı tələb edən ixtisaslara aiddir (və əlillər üçün 478727 kodlu ixtisas). Orta ixtisas təhsili müəssisələrinə 11 illik təhsil bazasında tələbə qəbulunun nəticələri: Qəbul planı Qəbul olunub Qəbulolma faizi Vakant yerlərin sayı (faizi) Azərbaycan bölməsi Rus bölməsi Bölmələr üzrə cəmi Xüsusi qabiliyyət imtahanı tələb etməyən ixtisaslar 11119 10633 482 11115 99.96 5 (0.04) Xüsusi qabiliyyət imtahanı tələb edən ixtisaslar 711 565 11 576 81.01 135 (18.99) Cəmi 11830 11198 493 11691 98.82 140 (1.18)
Mənbə: milli.az