Suriyada Türkiyənin 2 hərbçisi şəhid olub,


Digərləri 11 Sen 2021 16:37:00 85 0

Suriyada Türkiyənin 2 hərbçisi şəhid olub,

Türkiyə Silahlı Qüvvələrinin Suriyanın İdlib bölgəsində həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri zamanı türkiyəli hərbçilər hücuma məruz qalıb.

Son.az bildirir ki, məlumatı Türkiyənin Milli Müdafiə Nazirliyi yayıb.

Hadisə sentyabrın 11-də baş verib. Nəticədə 2 hərbçi şəhid olub, 3-ü yaralanıb.

Yaralı hərbçilər hospitala yerləşdirilib.