"İnfeksiya uşaqlar arasında sürətlə yayılır..."


Digərləri 11 Sen 2021 15:45:00 140 0

"İnfeksiya uşaqlar arasında sürətlə yayılır..."

Həkim-pediatr Aytən İsmayılzadə uşaqlarda COVID-19 xəstəliyinin gedişatı ilə bağlı Teleqraf.com-un suallarını cavablandırıb.

Son.az müsahibəni təqdim edir.

- Doktor, 2 ildir ki, pandemiya ilə mübarizə aparırıq. Ötən müddət ərzində COVID-19 uşaqlara necə təsir etdi?

- Pandemiyanın əvvəlində koronavirus uşaqlara demək olar ki, yoluxmurdu. Növbəti mərhələdə uşaqlar da yoluxmağa başladı. Getdikcə uşaqlarda xəstəliyin gedişatında ağırlaşmaların baş verdiyini müşahidə etdik. Ağırlaşmaların əksəriyyəti özünü uşaqlarda koronavirusa yoluxub sağaldıqdan sonra təkrar hərarətin qalxması, qanda iltihab göstəricilərinin yüksəlməsi, müxtəlif orqanların iltihablanması ilə özünü göstərdi. Hazırda bu hallara çox az da olsa rast gəlirik.

- Uşaqlarda hansı hallarda ağırlaşmalar müşahidə edilir?

- Uşaqlar arasında yayılan virus çoxdur. Xəstəliyin yoxlanışı düzgün təşkil olunmadığına görə hazırkı statistika barəsində məlumat verə bilmirik.

Xəstələr arasında müraciət edənlər var, öyrənirəm ki, dəfələrlə təcili yardım gəlib, amma yüksək hərarətli uşaqlardan yaxmalar götürülməyib. Ona görə də bu gün uşaqların vəziyyəti və statistikası barədə məlumat vermək çətindir.

Ümumi olaraq deyə bilərəm ki, bağırsaq virusu, koronavirus, qrip kimi viruslara uşaqlar yoluxub sağalırlar. Pandemiya dövründə olduğumuza görə bizə də maraqlıdır ki, bu uşaqlar nədən xəstələnir? Uşaqlardan analiz götürülmədiyi üçün vəziyyətə görə müalicə etməli oluruq. İnfeksiya uşaqlar arasında həddindən artıq çoxdur. Bir uşaq dəfələrlə yoluxur.

- Sizin maska istifadəsi ilə bağlı tənqidləriniz müzakirə mövzusu olmuşdu. Hazırkı qənaətiniz necədir, sizcə, uşaqlar maska taxmalıdırmı?

- Bu müddət ərzində müşahidə etdik ki, maska taxan da, taxmayan da xəstəliyə yoluxur. Karantin qaydaları da artıq nəyisə həll etmir. Virus öz tempində aktivləşib-zəifləyir. Heç nə ilə bunun qarşısını ala bilmirik. Maska sadəcə cüzi qoruyucu faktor rolu oynayır. Uşaqlar isə böyüklər kimi maskadan istifadə qaydalarına riayət etmirlər. Bu səbəblə uşaqlara maska taxmağı tövsiyə etmirəm. Lakin evdə xəstə varsa, maska taxılmalıdır.

- Türkiyədə 18 yaşdan aşağı şəxslərin peyvənd olunması müzakirə mövzusudur. Siz necə düşünürsünüz, buna ehtiyac varmı?