Azərbaycanın əməkdar məşqçisi koronavirusdan vəfat etdi


Digərləri 11 Sen 2021 14:55:00 107 0

Azərbaycanın əməkdar məşqçisi koronavirusdan vəfat etdi

Azərbaycanın atletika üzrə əməkdar məşqçisi, Fəxri Bədən Tərbiyəsi və İdman işçisi Bəxtiyar Əsədov dünyasını dəyişib.

Bu barədə Son.az "Report"a istinadən məlumat verir.

Onun sözlərinə görə, 53 yaşlı mütəxəssis koronavirusun qurbanı olub.

Qeyd edək ki, Gəncə şəhərində atletikanın inkişafında çox böyük əməyi olmuş Əsədov 1 nömrəli uşaq-gənclər idman-şahmat məktəbinin müəllimi idi.