Bu il Bakıda yol qəzalarında 80 piyada ölüb


Digərləri 11 Sen 2021 13:51:00 91 0

Bu il Bakıda yol qəzalarında 80 piyada ölüb

Bu ilin 8 ayında Bakıda baş verən yol qəzaları nəticəsində 80 nəfər ölüb, 107 nəfər xəsarət alıb

Son.az bildirir ki, bunu Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin hərəkətin təhlükəsizliyi və ictimai qurumlarla iş şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədov deyib.

O bildirib ki, yol qəzalarının 56,4 faizi piyadaların vurulması ilə nəticələnib.