Türkiyə Suriyanın şimalnda mövqelərini gücləndirdi,


Digərləri 11 Sen 2021 13:44:00 91 0

Türkiyə Suriyanın şimalnda mövqelərini gücləndirdi,

Türkiyənin Suriyanın şimalında mövqelərini və hərbi iştirakını möhkəmləndirən hadisə baş verib.

Son.az virtualaz.org-a istinadən xəbər verir ki, Türkiyə qoşunlarının nəzarətində olan bölgələrdə fəaliyyət göstərən beş müxalif silahlı qruplaşma birləşib və vahid ordu-"Suriya azadlıq cəbhəsi" yaradıb. 20 minlik bu silahlı qruplaşmaya general Mütəssim Abbas başçılıq edir.

Yeni struktura "Firkət əl-Həmzə" ("Əl-Həmzə diviziyası"), "Firkət əl-Mütəssim" ("Əl-Mütəssim diviziyası"), "Firkət əl-Sultan Süleyman Şah" ("Süleyman şah diviziyası"), "Liva Sukur əş-Şimal" ("Şimal qartalları")  və "20-ci diviziya" daxil olublar. Birləşmiş silahlı qruplaşmanın yaradılması mərasimi ötən gün sentyabrın 10-da Türkiyə ordusunun nəzarətində olan Əl-Bab şəhərində keçirilib.

General Abbas bildirib ki, "Suriya azadlıq cəbhəsi" Türkiyə ordusu ilə birlikdə Suriyanın şimal əyalətlərində terrorçu qruplara qarşı döyüşəcək. Birləşmiş qruplaşmanın tərkibində ərəblər və türkomanlar yer alır. Bu, Suriyanın şimalında Türkiyəyə bağlı ikinci iri hərbi qruplaşma olacaq. İndiyədək bu regionda ən iri qruplaşma 30 minlik "Suriya Milli Ordusu" idi. "Suriya Milli Ordusu" Türkiyənin Suriyanın şimalında  PKK/YPG terrorçularına və İŞİD-ə qarşı həyata keçirdiyi hər üç hərbi əməliyyatlarda iştirak edib.