Toy yasa döndü, qızının xoş gününə qatılan ana infarktdan öldü


Digərləri 11 Sen 2021 13:02:00 170 0

Toy yasa döndü, qızının xoş gününə qatılan ana infarktdan öldü

Samsunun İlkadım rayonunda qızının toyuna getmək üçün evdən çıxmağa hazırlaşan 56 yaşlı qadın infarkt keçirərək ölüb.

Son.az haberler.com-a istinadən xəbər verir ki, şadlıq sarayı əvəzinə xəstəxanaya qaçan gəlin ən xoşbəxt günündə anasının ağrısını yaşamalı olub. 56 yaşlı Beyhan Sebetci müdaxilələrə baxmayaraq xəstəxananın təcili yardım otağında dünyasını dəyişib.

Gəlin və damat ən xoşbəxt günlərində böyük ağrılar yaşadılar. Cənazə namazından sonra Derecik Qəbiristanlığında torpağa tapşırılıb.

Kamran Seyidov Son.az