Şagirdlərin yerdəyişməsi müvəqqəti dayandırılır


Digərləri 11 Sen 2021 09:59:00 102 0

Şagirdlərin yerdəyişməsi müvəqqəti dayandırılır

12 sentyabr saat 20:00-dan etibarən şagirdlərin elektron yerdəyişməsi üzrə sorğuların qəbulu müvəqqəti olaraq dayandırılacaq.

Təhsil Nazirliyindən Son.az-a verilən məlumata görə, sorğuların qəbulunun müvəqqəti dayandırılması yeni tədris ili ilə əlaqədar siniflərin komplektləşdirilməsi ilə bağlıdır.

16 sentyabr saat 20:00-dan etibarən isə portalda ümumi təhsil müəssisələri tərəfindən sorğuların təsdiqi funksiyası müvəqqəti işləməyəcək.

Elektron yerdəyişmə prosesinin yenidən başlanacağı tarix barədə əlavə məlumat veriləcək.