Sumqayıtda iki avtomobil toqquşub, 4 nəfər xəsarət alıb


Digərləri 11 Sen 2021 10:07:00 93 0

Sumqayıtda iki avtomobil toqquşub, 4 nəfər xəsarət alıb

Sumqayıtda xəsarətlə nəticələnən yol qəzası baş verib.

Son.az APA-ya istinadən bildirir ki, qəza şəhərin Sülh prospektindəki yol ayrıcında qeydə alınıb.

50-DR-023 dövlət nömrə nişanlı "Kia" markalı avtomobilin qadın sürücüsü yol hərəkəti qaydalarını pozaraq avtomobili əks istiqamətdən gələn 50-DT-338 dövlət nömrə nişanlı "Opel" markalı avtomobilə çırpıb. Zərbənin gücündən nəqliyyat vasitəsi yoldan çıxaraq daş plitəyə dəyib. Nəticədə "Kia"nın sürücüsü və "Opel" markalı avtomobildə olan 3 nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.