Danimarka bütün koronavirus məhdudiyyətlərini ləğv edib


Dünya 10 Sen 2021 21:21:00 189 0

Danimarka bütün koronavirus məhdudiyyətlərini ləğv edib

Danimarkada pandemiya ilə bağlı tətbiq olunan bütün məhdudiyyətlər sentyabrın 10-na keçən gecə ləğv edilib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu gündən etibarən gecə klublarına gələn müştərilərdən COVID-pasport tələb olunmayacaq. Həmçinin ictimai yerlərdə maska taxmaq məcburiyyəti, yaxud kütləvi tədbirlərdə və yığıncaqlarda iştirakçıların sayına qoyulan maksimim 500 nəfərlik məhdudiyyət aradan qalxır.

Bununla yanaşı, ölkəyə girişdə bəzi məhdudiyyətlər qüvvədə qalır, həmçinin infeksiyanın yayılacağı təqdirdə məktəblər bağlana bilər.

Danimarka dünyada koronavirusa qarşı ən yüksək vaksinasiya göstəricilərindən birinə malikdir: 12 yaşdan başlayaraq bütün danimarkalıların 73 faizi tam peyvəndlənib.