Könül Xasıyeva bundan sonra bu işlə məşqul olacaq


Şou-biznes 10 Sen 2021 13:38:00 187 0

Könül Xasıyeva bundan sonra bu işlə məşqul olacaq

Xalq artisti Könül Xasıyeva bundan sonra pedaqoq kimi fəaliyyət göstərəcək.

Son.az lent.az-a istinadən xəbər verir ki, xanəndə olmaq istəyənlər Xasıyevanın onlayn dərslərinə qoşulacaq:

"Oktyabrın 1-dən onlayn muğam dərslərinə başlayıram. Yaş fərqi olmadan, tələbəm olmaq istəyənlərə dərs açıqdır. Dərslərin həftədə neçə dəfə, neçə saat, kollektiv və ya fərdi şəkildə keçirilməsi sizin imkanınıza görə qurulacaq".