Kivinin faydası


Digərləri 09 Sen 2021 23:55:00 129 0

Kivinin faydası

Kivi çox "cavan" giləmeyvədir. Bizə Yeni Zelandiyadan "gələn" kivi XIX əsrdən tanınır.

Bu möcüzəli giləmeyvə müxtəlif vitamin və mikroelementlərlə olduqca zəngindir. Mütəxəssislərin fikirlərinə görə məhz kivi C vitaminin miqdarına görə bütün sitrus meyvələri arasında birinci yer tutur. Bundan əlavə kividə B2, B3, B9 (fol turşusu), B6, A, E, PP  vitaminləri, maqnezium, kalium, dəmir, fosfor, yod, mis, sink və s. mikroelementlər var.

Zəngin vitamin-mineral tərkibi ilə yanaşı, kivi azkalorili giləmeyvədir. Bu səbəbdən  kivi diyetik qidalar sırasına daxildir. Öz çəkisindən narazı olan və ya çəkisini azaldmağa çalışan insanlar fikirləşmədən bu meyvəni qəbul edə bilərlər. Kivi orqanizmdə olan piyləri əridir.

Kivi insanın immun sitemini möhkəmləndirir, orqanizmin müdafiə və bərpa funksiyalarını gücləndirir, orqanizmin streslərə qarşı davamiyyətini yüksəldir. Həkimlərin fikirlərinə görə, kivi onkoloji xəstəliklərinin profilaktikasında böyük rol oynayır.

Kivi ürək-damar sistemi üçün çox faydalıdır. Tərkibində kalium və maqnezium mikroelementlərinin olduğuna görə kivi arterial təzyigini normallaşdırır. Bundan əlavə bu giləmeyvə damarların və kapilyarların divarlarını möhkəmləndirir və damarlarda trombların əmələ gəlməsinə mane olur, orqanizmi ziyanlı xolesterindən azad edir.

Əgər siz qida qəbul etdikdən sonra mədənizdə ağırlıq, qıcqırmanı hiss edirsizsə, kividən istifadə edin. Kivi orqanizm tərəfindən ət xörəklərin mənimsənilməsinə çox yaxşı kömək edir. Bu səbəbdən xarici mətbəxlərdə kivi ət və balıq xörəklərin hazırlanmasında daim istifadə olunur.

Orqanizmi artıq duzlardan azad edə bilən kivi böyrəklərdə daşların əmələ gəlməsinə mane olur və böyrək daşı xəstəliyinin ən yaxşı profilaktik vasitələrdən biri sayılır.

Kivi müxtəlif kosmetoloji maskaların tərkibinə daxildir. Belə maskaların istifadəsindən sonra dəri daha yumşaq, parlaq və hamar görünür, cavanlaşır və dartılır.