Bakıda kütləvi dava baş verib


Digərləri 09 Sen 2021 17:42:00 95 0

Bakıda kütləvi dava baş verib

Bakının Nərimanov rayonunda əlbəyaxa dava baş verib.

Son.az oxu.az-a istinadən bildirir ki, bu barədə videogörüntülər sosial şəbəkələrdə yayılıb.

Bildirilib ki, hadisə "Nərimanov" metrostansiyası yaxınlığında, dönərxanalardan birinin qarşısında qeydə alınıb. 

Bir qrup şəxs gecə saat 03:00 radələrində əlbəyaxa dava edərək asayişi pozublar. 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Oxu.Az-a bildirilib ki, yayılan görüntülərdə əks olunan mübahisənin təfərrüatları ilə bağlı Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.