Azərbaycanla Qazaxıstan arasında ticarət əməkdaşlığı barədə memorandum imzalandı FOTO


Digərləri 09 Sen 2021 17:18:00 101 0

Azərbaycanla Qazaxıstan arasında ticarət əməkdaşlığı barədə memorandum imzalandı  FOTO

Qazaxıstan Ticarət və İnteqrasiya Nazirliyi ilə Azərbaycan İqtisadiyyat Nazirliyi arasında Ticarət əməkdaşlığı barədə memorandum imzalanıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Qazaxıstanın ticarət və inteqrasiya naziri Baxıt Sultanov öz "Facebook" səhifəsində yazıb.

Qeyd olunub ki, sənəd iqtisadiyyat naziri Mikayıl Cabbarovla görüş zamanı imzalanıb.

B.Sultanov bildirib ki, Qazaxıstan yaxın zamanlarda Azərbaycan iqtisadiyyatında tələbat olan metallurgiya və neft-kimya sahələri, qida sənayesi məhsulları üçün tədarükünü artırmağa hazırdır.