Daha bir şəhidin doğum günü


Digərləri 09 Sen 2021 17:18:00 120 0

Daha bir şəhidin doğum günü

Şəhid baş leytenant Ceyhun Nehmətovun 27 yaşı tamam oldu

Son.az Real TV-yə istinadən bildirir ki, Vətən Müharibəsinin şəhidi şəhid baş leytenant Nehmətov Ceyhun Ehtiqad oğlunun doğum günüdür.

Bir qəhrəman düşünün. İllər öncə anasını itirmiş, buna baxmayaraq həyata bağlanıb yaşamağa davam edən, tək sığındığı yer isə atası və qardaşı. Tale elə gətirir ki bu qəhrəmanda həyata əbədi olaraq gözlərini qapadır. Onun əbədi gözlərini bağlamasına tək bir səbəb olur. O isə onun torpaq, Vətən sevgisi. Ceyhunun 26yaşı var idi və o bu yaşda əbədiyyətə qovuşdu. Daha dəqiq desək, o, Azərbaycanın ərazi bütövlüyü uğrunda 44 günlük Vətən müharibəsində savaşarkən qəhrəmancasına şəhidlik zirvəsinə ucaldı. Şəhid baş leytenant Ceyhunun 27 yaşı tamam oldu. O burada olmasa da, ailəsi, bizlər onu hiss edirdik. Çünki şəhidlər ölmürlər. Onlar hər zaman yaşayırlar.

Şəhidin ad günü münasibətilə yaşadığı evin qarşısında adına bulağın və büstünün açılışı oldu. Eyni zamanda bu bulaqda Mərdəkanin şəhidlərinin də adı əbədiləşdirilmişdi. Şəhidin ad günün də ailəsi, rəsmi nümayəndələr, doğmaları, digər şəhid ailələri iştirak edirdi. Qeyd edək ki, Ceyhun Nehmətov noyabrın 8-də Şuşada şəhid olub. Ölümündən sonra 3-cü dərəcəli "Vətənə Xidmətə görə" ordeni, "Vətən uğrunda" və "Zəngilanın alınmasına görə" medalları ilə təltif edilib.