Astarada bir sinfin 17 məzununun hamısı ali məktəblərə qəbul olunub FOTO


Digərləri 08 Sen 2021 21:40:00 125 0

Astarada bir sinfin 17 məzununun hamısı ali məktəblərə qəbul olunub  FOTO

Astara şəhərindəki Mirzə Ələkbər Sabir adına 1 nömrəli tam orta məktəbdə 2018-ci və 2019-cu tədris ilində ilk dəfə yaradılan təmayül sinifləri artıq öz yüksək nəticəsini göstərir.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, 2019-cu və 2021-ci tədris illərində məktəbdə fəaliyyət göstərən humanitar, riyaziyyat və iqtisadiyyat təmayüllü sinfin 17 məzununun hamısı buraxılış və qəbul imtahanlarında yüksək nəticə göstərərək tələbə adını qazanıblar.

Təmayüllü sinfin məzunlarından ikisinin biliyi fərqlənmə attestatı ilə qiymətləndirilib.

Bu il ali məktəblərə qəbul imtahanları zamanı onlardan iki nəfəri 600-dən, iki nəfəri 500-dən, dörd nəfəri 400-dən, beş nəfəri isə 300-dən yuxarı nəticə ilə ölkəmizin müxtəlif ali məktəblərinə qəbul olunublar.

Təmayüllü sinfin rəhbəri, Azərbaycan Müəllimlər Universitetini fərqlənmə diplomu ilə bitirmiş tarix müəllimi Gülnar Məlikzadə bildirib ki, məzunların uğur qazanması məktəb rəhbərliyi, müəllim və valideyn əməkdaşlığının düzgün qurulmasının, hər zaman abituriyentlərə sağlam psixoloji dəstək verilməsinin məntiqi nəticəsidir.