Fransa azad olunan ərazilərin minalardan təmizlənməsi üçün Azərbaycana 400 min avro bağışlayacaq


Siyasət 08 Sen 2021 21:04:00 129 0

Fransa azad olunan ərazilərin minalardan təmizlənməsi üçün Azərbaycana 400 min avro bağışlayacaq

Fransa işğaldan azad olunan ərazilərin minalardan təmizlənməsi üçün Azərbaycana 400 000 avro bağışlayacaq.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Fransanın Azərbaycandakı səfiri Zakari Qros öz "Twitter" səhifəsində yazıb.

"Beynəlxalq əməkdaşlığa ehtiyac duyulan başqa bir sahə məcburi köçkünlərin öz torpaqlarına qayıda bilmələri üçün ərazilərin minalardan təmizlənməsidir. Qarabağda minalardan təmizlənməni tələb edən ərazilər çox böyükdür. Buna görə rəsmi olaraq ANAMA-ya bu məlumat verməkdən məmnunam. Fransa ərazilərin minalardan təmizlənməsi üçün Azərbaycana 400 000 avro bağışlamaq niyyətindədir" - deyə, səfir bildirib.