Biznesiniz COVIDdən necə bərpa ola bilər


Digərləri 08 Sen 2021 20:39:00 136 0

Biznesiniz COVIDdən necə bərpa ola bilər

1. COVID biznesimə böyük zərbə vurdu. Onun bərpası üçün haradan maliyyə ala bilərəm?

Avropa Birliyi (AB) kreditlərə çıxışı təmin etmək üçün yerli maliyyə qurumları vasitəsilə maliyyələşdirmə və zəmanətlər təqdim  edir. Bu, yerli  kreditorlara KOB-lar üçün daha sərfəli maliyyələşdirmə təqdim etmək imkanı yaradır. Məsələn, indi daha aşağı faizli, daha uzun müddətli və xarici valyutada yox, manatla kredit ala bilərsiniz. "Accessbank"-ın AB-nin dəstəyi ilə hansı şərtləri təqdim etdiyini öyrənin.

KOB-ların bundan faydalandıqlarına dair bəzi nümunələrlə tanış olun:

Rafael Sulxayevin ailəsi koronavirüs pandemiyasının başlandığı 2020-ci ildə qurudulmuş meyvə biznesi açmağı bacardı, hətta yüzlərlə ton məhsullarını həm yerli, həm də xarici bazarlara ixrac etdi. Sulxayev və kooperativinin üzvləri Azərbaycan Mikromaliyyə Assosiasiyası (AMFA) vasitəsi ilə Aİ qrantını aldılar ki, bu da onlara lazımi avadanlıqları almağa və kiçik bir müəssisə qurmağa kömək etdi

Gəncədə yaşayan dərzi Elsa Rzayeva isə işini genişləndirdi və AB dəstəyi ilə yeni kompüterləşdirilmiş tikiş maşını aldı. Maşın çox mürəkkəb tikişlər tikə bilir və bu onun işini xeyli asanlaşdırır. Pandemiyaya baxmayaraq, onun müştəri bazası təxminən iki dəfə artmışdır.

2. Bank krediti üçün necə müraciət edə bilərəm? Tələblər nədir?

AB fərqli KOB növləri üçün geniş imkanlar təklif  edir. Məsələn, AB az təmin olunmuş mikro müəssisələrə, az gəlirli ev təsərüffatlara, habelə aqrar qida və pərakəndə satış sektorlarda KOB-lara və digər müəssisələrə güzəştli kreditlər verir.

AB tərəfdaş bankları üçün şərtləri EU4Business veb saytından yoxlaya və ya sadəcə banka birbaşa zəng edə bilərsiniz. Proqramı xatırlamağı unutmayın. Hər şey çox sadədir!

3. Kreditlər haqqında eşitmişəm, amma kiçik şirkətlər üçün qrantlar mövcuddurmu?

Bəli, elədir! Xüsusilə ucqar kənd yerlərində bir mikro biznesiniz varsa, Azərbaycan Mikromaliyyə Assosiasiyası (AMFA), AB dəstəyi ilə biznesinizə başlamaq üçün sizə toxum kapitalı təqdim edə bilər.

Bu yaxınlarda yeni bir EU4Business proqramı "COVID-19 dövründə qadın sahibkarlığının dəstəklənməsi" başlandı. İsmayıllı bölgəsindəki həssas qadınlar, xüsusən tənha valideynlər və əlil qadınlar gəlir gətirən fəaliyyətə başlamaq üçün toxum kapitalı üçün müraciət edə biləcəklər. Pandemiya işimin davamlı tələb olunduğunu göstərdi.

4. Biznesimi inkişaf etdirmək üçün lazım olan bilikləri, məsləhətləri və bacarıqları necə əldə edə bilərəm?

Sizin kimi kiçik və orta sahibkarları dəstəkləmək üçün Aİ Azərbaycanda biznesin inkişafı xidmətləri üçün xeyli vəsait ayırır. AB KOB-larin böyüməsinə töhfə verən yerli biznes assosiasiyalara və agentliklərinə kömək edir. Mövcud olan bütün biznes inkişaf imkanlarını nəzərdən keçirin, ehtiyaclarınıza uyğun olanı seçin və birbaşa təşkilatla əlaqə saxlayın!

Məsələn, yeni bazarlara çıxmaq istəyən kiçik qida sənayesindəki qadın sahibkarlar, EU4Business "Mətbəxdən Biznesə" layihəsi vasitəsilə dəstək əldə edə bilərlər.

Yerli nar və fındıq istehsalçıları "Azərbaycan Fındıq və Nar Təşəbbüsü (AHPI)" adlı EU4Business layihəsi çərçivəsində CNFA-dan dəstək üçün müraciət edə və konsaltinq xidmətlərindən faydalana bilərlər.

EU4Business təşəbbüsünün "Nar dəyər zəncirində transformasiyaya dəstək və mükəmməlliyə nail olmaq (STEP)" layihəsi çərçivəsində Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Birliyi, nar yetişdirməkdə maraqlı olan fermerlərə pulsuz xidmətlər göstərir. Sahibkarlar Avropa bazarlarına daxil olmaq, sertifikat almaq və s. barədə məsləhət ala bilərlər.

EU4Business təşəbbüsünün "Azərbaycan kəndlərində fermerlərə yumşaq meyvə və tərəvəz dəyər zəncirlərini davamlı inkişaf etdirməyə kömək etmək" vasitəsilə Azərbaycanın kənd yerlərində (Gəncə-Qazax,Aran) kiçik fermerlər mənfəətli ticarət zəncirləri yarada və iqlim dəyişikliyi və təbii fəlakətlərlə əlaqəli riskləri idarə etməyi öyrənə bilərlər.

FAO tərəfindən həyata keçirilən "Kənd təsərrüfatı sahəsində məsləhət xidmətlərinin gücləndirilməsi" adlı EU4Business layihəsi ətraf mühiti qorumaq və yaxşılaşdırmaqla yanaşı, təsərrüfat gəlirlərini artırmaq üçün tələb olunan prosesləri daha yaxşı başa düşməyə və tətbiq etməyə imkan verəcəkdir.

Milli islahatlar prosesinə töhvə vermək və hökumətin KOB-larla bağlı olan məsələləri daha yaxşı anlamasına kömək edə bilərsiniz! Azərbaycanda işgüzar bir mühit yaratmaq üçün AB-nin dəstəklədiyi fəaliyyətlərə baxmaq kifayətdir.

5. İnanıram ki, AB-yə ixracat biznesimin bərpa olunmasına kömək edə bilər. Necə başlaya bilərəm?

Həqiqətən, bu işinizi genişləndirmək üçün əla bir yoldur! Və təklif edəcəyimiz çox şey var. Şərq Tərəfdaşlığı EU4Business Help Tradedesk sizə ticarət maneələrini müəyyənləşdirməkdə, mal və xidmətlər ticarətində tənzimləmə və prosedur məsələlərini daha yaxşı başa düşməkdə kömək edəcəkdir. Bu bir pəncərəli onlayn platforma tezliklə istifadəyə veriləcək və ticarət məlumatlarına (tariflər, qeyri-tarif tədbirləri, vergilər, ticarət statistikaları və prosedurlar) çıxış imkanı təqdim edəcəkdir.

Yerli nar və fındıq istehsalçıları "Azərbaycan Fındıq və Nar Təşəbbüsü (AHPI)" adlı EU4Business layihəsi çərçivəsində CNFA-ya ixrac məsələləri ilə bağlı məsləhət ala bilərlər: təlimlər, aqronomiya ilə bağlı tövsiyələr, HACCP tövsiyələri və s.

EU4Business təşəbbüsü çərçivəsində keçirilən "Nar dəyər zəncirində transformasiyaya dəstək və mükəmməlliyə nail olmaq (STEP)", Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Birliyi, nar yetişdirməkdə maraqlı olan fermerlərə pulsuz yardım göstərməyi hədəfləyir.

Sahibkarlar Avropa bazarlarına çıxma, sertifikat alma və s. mövzularda məsləhət xidmətləri ala bilərlər. EU4Business: Şirkətləri Birləşdirmək layihəsi AB ölkələrinə məhsul ixrac edən kiçik və orta sahibkarları dəstəkləyir. Təlim, kouçing və hətta AB-dəki müəssisələrlə ortaq axtarma üçün müraciət edə bilərsiniz.

6. Mənim kimi yardım almış kiçik və orta sahibkarlar varmı?

Onların sayı təsəvvür etdiyinizdən çoxdur! 2019-cu ildən 2020-ci ilədək Azərbaycanda 26.684 KOB EU4Business təşəbbüsü çərçivəsində dəstək aldı. 700 sahibkar AB-nin KOB-ları dəstəkləyən proqramlar sayəsində 5.7 milyon avro məbləğində kredit aldı. KOB-lara 24 mindən çox məsləhət xidməti göstərilmişdir. Bu dəstəklənən KOB-ların gəlirlərini 2020-ci ildə 13% artaraq təxminən 34.0 milyon avroya çatdırmaqa imkan verdi və yalnız 2020-ci ildə bu dəstək nəticəsində 1275 yeni iş yeri açıldı.

Sizin kimi kiçik və orta biznesin bəzi uğur hekayələrini təqdim edirik:

Lalə Qurbanəliyeva və ailəsi Zaqatalada maliyyə savadlılığı kurslarına qatıldı və EU4Business təşəbbüsü və Azərbaycan Mikromaliyyə Assosiasiyası (AMFA) tərəfindən arıçılıq fəaliyyətini genişləndirmək üçün qrant aldı. Onlar bir ailə kooperativi qurdular və bal çıxarma avadanlıqlarına sərmayə qoydular. Ayrıca 60-a yaxın yeni arı koloniyası və qoruyucu paltar aldılar.

Tovuzlu tort istehsalçısı Şəfəq Əliyeva da EU4Business ADSMIRRA proqramının rəhbərlik etdiyi seminarlarda necə iş görmək barədə məlumatlarını genişləndirdi. Layihə ona yeni avadanlıq almağa və işini genişləndirməyə də imkan verdi. Qısa müddətdə onun tortları Qovlar şəhərində çox populyar oldu.

Bir çox müxtəlif sahələrdə biznes quran və Aİ-dən dəstək alan Azərbaycan KOB-ları haqqında məlumat almaq üçün buraya klikləyin.