Azərbaycanda həbs olunan sabiq icra başçısı vəfat etdi


Digərləri 08 Sen 2021 13:08:00 100 0

Azərbaycanda həbs olunan sabiq icra başçısı vəfat etdi

Ağstafa rayon İcra Hakimiyyətinin sabiq başçısı Nizaməddin Quliyev təcridxanda vəfat edib.

Son.az Baku.ws-ə istinadən bildirir ki, N.Quliyev dünən dünyasını dəyişib.

Sabiq icra başçısının Goranboy rayonunun Tapqaraqoyunlu kəndində dəfn olunacağı gözlənilir.

Məlumat üçün bildirək ki, Nizaməddin Quliyev Goranboy daha sonra isə Ağstafa rayon İcra Hakimiyyətinin başçısı olub.

Fəaliyyətində verdiyi nöqsanlara görə bir müddət idi həbs edilmişdi.

Son.az