DYP əlillərin yolunu kəsən sürücülərə XƏBƏRDARLIQ ETDİ


Digərləri 08 Sen 2021 12:48:00 200 0

DYP əlillərin yolunu kəsən sürücülərə XƏBƏRDARLIQ ETDİ

Bakı Şəhər Dövlət Yol Polisi (DYP) İdarəsi əlillərin yolunu kəsən sürücülərə xəbərdarlıq edib.

DYP-dən XəzərXəbər-ə daxil olan xəbərdarlıqda deyilir:

"Paytaxt ərazisində yaradılmış müvcud infrastrukturda sağlamlıq imkanları məhdud olan şəxslərin hərəkətinin təhlükəsizliyini təmin etmək məqsədilə nəzərdə tutulan qaydalara əməl etməyən sürücülər və hərəkətin digər iştirakçılarının bir daha diqqətinə çatdırırıq ki, pandusların qarşısında dayanma-durma tələblərinin pozulması, görmə imkanları məhdud şəxslər üçün nəzərdə tutulan məlumatverici nişanların tələblərinə əməl edilməməsi, eləcə də parklama zamanı əlillər üçün xüsusi nişanla fərqləndirilən yerlərdən təyinatı üzrə düzgün istifadə olunmaması tərəfimizdən yol hərəkəti haqqında qanunvericiliyin tələblərinin pozulması kimi qiymətləndirilir. Bu isə inzibati tənbeh tədbirlərinin seçilməsinə əsas yaradır.

Sürücülər, hərəkətin digər iştirakçıları və bütün ictimaiyyət üzvlərindən xahiş edirik ki, sağlamlıq imkanları məhdud olan şəxslərin sərbəst hərəkət etmək hüquqlarına hörmətlə yanaşsınlar!"