Gürcüstanda COVID19a yoluxanların sayı 570 mini ötüb


Digərləri 08 Sen 2021 12:54:00 108 0

Gürcüstanda COVID19a yoluxanların sayı 570 mini ötüb

Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 3 668 yoluxma halı qeydə alınıb, 60 nəfər ölüb.

Son.az bildirir ki, bu barədə Gürcüstan Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin məlumatında qeyd olunub.

Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 570 493, ölənlərin sayı isə 7 977 nəfərə çatıb. Virusa yoluxanlardan 527 337 nəfərin (92%) sağaldığı bildirilir.