İslam İnkişaf Bankı Azərbaycanda həyata keçirilən layihələrdə iştirakda maraqlıdır


Digərləri 07 Sen 2021 12:44:00 93 0

İslam İnkişaf Bankı Azərbaycanda həyata keçirilən layihələrdə iştirakda maraqlıdır

İslam İnkişaf Bankı (İİB) Azərbaycanda həyata keçirilən layihələrdə iştirakda maraqlıdır.

Son.az bildirir ki, İqtisadiyyat Nazirliyindən verilən məlumata görə, bunu Bankın prezidenti Məhəmməd Süleyman Əl-Casir nazir müavini Elnur Əliyevlə Özbəkistanın paytaxtı Daşkənd şəhərində keçirilən İslam İnkişaf Bankı (İİB) Qrupunun 46-cı İllik Toplantısı çərçivəsində görüşdə deyib.

Bankın prezidentinə fəaliyyətində uğurlar arzulayan nazir müavini Azərbaycanın İslam İnkişaf Bankı, eləcə də İİB Qrupuna daxil olan digər qurumlarla əlaqələrə xüsusi önəm verdiyini, Bankın özəl sektorun inkişafı istiqamətində göstərdiyi dəstəyin yüksək qiymətləndirildiyini vurğulayıb. Elnur Əliyev tarixi və əzəli Azərbaycan torpaqlarının işğaldan azad edilməsinin yeni reallıqlar yaratdığını qeyd edib, Qarabağda "ağıllı şəhər" və "ağıllı kənd" konsepsiyalarının reallaşdırılması və "yaşıl enerji zonası"nın yaradılması üzrə əməkdaşlıq imkanlarını diqqətə çatdırıb.

Bankın prezidenti Məhəmməd Süleyman Əl-Casir Azərbaycanla əlaqələrin genişləndirilməsi istiqamətlərinə dair fikirlərini bölüşüb, Bankın Azərbaycanda həyata keçirilən layihələrdə iştirakda maraqlı olduğunu ifadə edib.