Hansı halda subsidiya fermerdən geri alınır?


Digərləri 07 Sen 2021 12:45:00 134 0

Hansı halda subsidiya fermerdən geri alınır?

Fermerlər onlara verilən subsidiyalardan iki il müddətindən gec olmayaraq yararlana bilər.

Son.az bildirir ki, bunu Kənd Təsərrüfatı Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Hüseynov deyib.

O bildirib ki, bu müddət başa çatdıqdan sonra fermerə ayrılan məbləğ nazirliyə geri qaytarılacaq:

"Bundan başqa, fermerlə onlara verilən məbləğin 25 faizini nağdlaşdıra bilər. Məbləğin qalan 75 faizi Kənd Təsərrüfatı Nazirliyinin elektron sistemində qeydiyyata alınmış təşkilatlarda xərclənə bilər".

Qeyd edək ki, Azərbaycanda 550-dən çox fermer subsidiya alır.