Mədəniyyət nazirinin yeni birinci müavini təyin olundu


Kriminal 07 Sen 2021 12:49:00 196 0

Mədəniyyət nazirinin yeni birinci müavini təyin olundu

Azərbaycan Prezidentinin Sərəncamına əsasən, Elnur Əli oğlu Əliyev mədəniyyət nazirinin birinci müavini vəzifəsinə təyin olunub.

Son.az bu barədə Mədəniyyət Nazirliyinə istinadən məlumat verir.

Elnur Əliyev bundan əvvəl mədəniyyət nazirinin müşaviri vəzifəsində çalışıb.

E.Əliyev 2000-2008-ci illərdə Xarici İşlər Nazirliyinin sistemində çalışıb. 2008-2017-ci illərdə İslam İnkişaf Bankında və Birləşmiş Ərəb Əmirliklərində Azərbaycanın Ticarət Nümayəndəsi kimi çalışıb.