İlkin Həsəni, Nicat Rəhimov və İlkin Misgərli artıq bu kanalda olacaq


Şou-biznes 07 Sen 2021 12:36:00 136 0

İlkin Həsəni, Nicat Rəhimov və İlkin Misgərli artıq bu kanalda olacaq

"Space" telekanalı bu mövsüm bir çox yeniliklər etməyi planlaşdırır.

Son.az axşam.az-a istinadən xəbər verir ki, bir çox yeni simalarla anlaşan kanal əvvəlki əməkdaşları ilə sağollaşıb.

ATV-nin simaları olan İlkin Həsəni, Nicat Rəhimov və İlkin Misgərli bundan sonra "Space"də çalışacaq. İ.Həsəninin layihə rəhbəri olduğu, Nicat və İlkinin baş rolda çəkildiyi "Buğlama"ma teletamaşası sözügedən kanalda yayımlanacaq.

İlkin Həsəni özü də yeni verilişlə efirə çıxmağa hazırlaşır.

Qeyd edək ki, "Space"də səhər verilişini aparan Afət Abdullayeva və Anar Cəfərov kanalla yollarını ayırıb.