Fransanın "Xankəndi"si


Dünya 07 Sen 2021 10:33:00 126 0

Fransanın "Xankəndi"si

x

Korsikanın Fransadan ayrılaraq müstəqil dövlət olması uğrunda silahlı mübarizə aparan "Korsikanın Milli Azadlıq Cəbhəsi" (Fronte di Liberazione Naziunale Corsu, FLNC) terror qruplaşması aksiyalara yenidən başlayacağını bəyan edib.

Terrorçular bundan sonra "sülhməramlı fəaliyyətlə kifayətlənməyərək daha aktiv əməliyyatlara start verəcəkləri"ni vurğulayıblar.

Korsika adasının müstəqilliyini tələb edən FLNC 1976-cı ildə yaradılıb. Qruplaşma indiyədək 4500-dən artıq teraktı gerçəkləşdirib. FLNC-nin əsas hədəfləri polis və jandarm qışlaları, banklar, əzinədarlıq və vergi qurumları, adada fransızların satın aldıqları və ya inşa etdirdikləri villalar idi.

Qruplaşma 2014-cü ilin iyun ayında silahlı mübarizəyə son qoyaraq leqal fəaliyyətə keçdiyini bəyan etmişdi.

Yenidən "dirilən" FLNC-də hazırda parçalanma və düşərgələnmə prosesi gedir.

Məsələn, qruplaşmadan ayrılan FLNC-76 dəstəsi ən radikal, aqressiv terror fəaliyyətini "mübarizə metodu" kimi bəyan edib.

Dəstə korsikalı separatçıların ideoloqlarından biri, yazıçı Jan-Fransua Santinin dərhal azadlığa buraılmasını tələb edir.

Eyni zamanda FLNC və ondan qopmuş FLNC-76 qruplaşmaları COVİD-19 koronavirus pandemiyası ilə bağlı Korsikada tətbiq olunmuş karantin tədbirlərinin ləğvini, adada işə yalnız korsikalıların qəbul edilməsini tələb edirlər.

Korsikalı separatçıların fikrincə, sərt karantin tədbirləri "əslində gəlirlərinin əksər hissəsini turizmdən əldə edən korsikalıları diz çökdürmək" məqsədi güdür.

FLNC habelə, adaya gələn ərəb miqrantların dərhal, təirəsalınmaz şəkildə Korsikadan çıarılmasını tələb edir.

Ümumiyyətlə, fransız siyasətçilərin artıq "Fransanın Dağlıq Qarabağı" adlandırmağa başladıqları Korsika problematikası ötən əsrin əvvəllərində başlayıb.

Eynən qarabağlı ermənilər təki, korsikalılar da "millətin öz müqəddəratını təyin etmək hüququ"nu əsas gətirərək Fransadan ayrılmağa çalışırlar.

Korsikalılar fransızlardan tam fərqli milli identikliyə malik olduqlarını deyirlər.

Adanın yerli sakinləri olan korsların etnogenezində yunanlar, qotlar, franklar, lanqobardlar, ərəblər, italyanlar iştirak ediblər.

Korsların, yəni korsikalıların dili də italyan dilinin Toskana ləhcəsinə ço yaındır.

Bu səbəbdən də Korsika iki əsrdən bəri Fransa ərazisi olsa da, korslar özlərini fransızlara yo, italyanlara yaın alq hesab edirlər.

Korsikada separatizmin "atası" Petru Rokkadır (1887-1966). Məhz o, "Korsika Fəaliyyət Partiyası"nı ("Partitu Corsu d'Azione") yaratmışdı.

Özünü Mussolinin tərəfdarı adlandıran Rokka sonradan Fransanın Bretan vilayətinin müstəqilliyini tələb edən separatçılarla tərəfdaşlığa başlamış, partiyasını irredentist struktura çevirmişdi.

1967-cı ildə korsikalı separatçıların yeni lideri Maks Simeone Fransada keçirilən parlament seçkiləri zamanı adada səslərin 12,3 faizini qazananda Korsikada separatizm yenidən aktivləşdi. Elə həmin il "Korsika Regional Aksiyası" ("Action Regionaliste Corse") təşkilatı yaradıldı, sonradan "Korsikanın Yenilənməsi Uğrunda Hərəkat"a (Action pour le Renouveau de la Corse, ARC) çevrildi.

Daha sonra "Azad Korsika" (Corse libre) qruplaşması yaradıldı və korsikalı separatçılar Fransaya qarşı terror fəaliyyətinə başladılar.

1973-cü ildə yaradılan "Korsikanın Azadlığı Uğrunda Kəndli Cəbhəsi" (Front Paysan Corse de Liberation) Fransanın mərkəzi hakimiyyətinin Korsikadakı hegemonluğuna son qoymağa çağıraraq aktiv teraktlara keçdi.

1976-cı ildə yaradılmış FLNC isə korsikalı separatçıların bütün təşkilatlarını və qruplaşmalarını birləşdirərək Korsikada ən "effektiv" terror strukturuna çevrildi.

Sələflərindən fərqli olaraq FLNC adaya mutariyyət yo, tam müstəqillik və suverenlik tələb etməyə başladı, mutariyyəti yetərli istək sayan məşhur korsikalı siyasətçilər Maks və Edmond Simeoni qardaşlarını kollaborasionist elan etdi.

Üstəlik, FLNC adada və ümumiyyətlə, Fransada ço geniş şaələnmiş korsikan mafiyası ilə sı əlaqələr qurdu. Beləcə, Korsikada iş adamlarının az qala hamısından "milli vergi" tələb olundu, FLNC çirkli pullarını leqallaşdırmağa başladı.

Terroru "mübarizə yolu" seçmiş korsikalı separatçılar Fransanın mərkəzi hakimiyyəti üçün ciddi təhdid mənbəyidir.

Qarabağlı erməniləri hər vəchlə dəstəkləyən, Xankəndindəki terrorçu untanın "dövlət müstəqilliyini" tanıyan Fransa Senatı korsikalı separatçıları "terrorçular" adlandırır.

Halbuki korsikalı terrorçular qarabağlı ermənilərdən fərqli olaraq, zooloji nifrəti, hədsiz vəhşiliyi və etnik dözülməzliyi təbliğ etmirlər.

Onlar Korsika ərazisindəki məbədləri dağıtmır, dinc fransızları, qocaları və uşaqları öldürmürlər.

Buna rəğmən, rəsmi Paris FLNC-nin aırına çıacağını, korsikalı separatçılarla mübarizədə "bütün vasitələrdən istifadə olunacağını" bəyan edir.

Paris Azərbaycan ərazisində, Qarabağda olan erməni terrorçuları az qala legitim sayır, onları "milli müqəddərat uğrunda mübariz"lər elan edir, Korsikadakı vətəndaşlarını isə terrorçu adlandırır.

Bu, artıq ikili standart yo, siyasi əlaqsızlıq və mənəviyyatsızlıqdır.

Amma Paris Azərbaycanla münasibətlərdə nə zaman siyasi əlaq, məntiq və real siyasət prinsiplərinə riayət edib ki...

Elçin Alıoğlu Son.az