Azərbaycanda 1618 yaşlı yeniyetmələr bu hallarda vaksin olunacaqlar


Digərləri 07 Sen 2021 10:37:00 174 0

Azərbaycanda 1618 yaşlı yeniyetmələr bu hallarda vaksin olunacaqlar

Azərbaycanda 16-18 yaşlı yeniyetmələrə hansı istisna hallarda Covid-19 xəstəliyi əleyhinə mRNT Pfizer ("Comirnaty") peyvəndinin vurulacağı ilə bağlı yeni qərar qəbul edilib.

Səhiyyə Nazirliyindən Son.az-a bildirilib ki, istisna hallar dedikdə xaricdə təhsil alan və xroniki xəstəliklərdən əziyyət çəkən yeniyetmələr nəzərdə tutulur.

Nə üçün yalnız mRNT Pfizer ("Comirnaty") vaksinin vurulmasına gəlincə isə qərarda qeyd olunur ki, Avropa Dərman Agentliyi, Amerika Ərzaq və Dərman Administrasiyası yeniyetmələrə mRNT Pfizer ("Comirnaty") peyvəndinin vurulmasına rəsmi icazə verib.

Qərar da bu icazə nəzərə alınmaqla verilib.