Meyxanaçı Ağakərimin səhhəti daha da pisləşib


Şou-biznes 07 Sen 2021 10:18:00 99 0

Meyxanaçı Ağakərimin səhhəti daha da pisləşib

Bir neçə il öncə insult keçirən meyxanaçı Ağakərimin (Kərim Novruzov) səhhəti yaxşı deyil.

Son.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə meyxanaçının oğlu məlumat verib:

"Atam yataq vəziyyətindədir. Kimsə danışdırmasa, danışmır. Həkimlər evə gəlir, müalicə yazıb gedirlər. Amma deyirlər ki, keçirdiyi xəstəlik ağırdır, ona görə də beyni özünü cəmləyə bilmir. Onun sağalması üçün möcüzə lazımdır. Ümid Allahadır". 

Xatırladaq ki, meyxanaçı Ağakərimin 2017-ci ilin martında beyninə qan sızıb. Həmin gündən ifaçının səhhətində ciddi problemlər yaranıb.