Günel Ayanla Nadirin öpüş videosundan danışdı Sənət dostumu qucaqlayıb öpürəmsə...


Şou-biznes 07 Sen 2021 01:33:00 122 0

Günel Ayanla Nadirin öpüş videosundan danışdı  Sənət dostumu qucaqlayıb öpürəmsə...

Müğənni Günel Ələkbərova həmkarları Nadir Qafarzadə və Ayan Babakişiyevanın qalmaqallı videosundan danışıb.

Son.az axşam.az-a istinadən xəbər verir ki, görüntüləri Günel öz səhifəsində yaymışdı. İnstaqramda canlı yayımda olan ifaçıya bunla bağlı sual ünvanlanıb.

Günel bildirib ki, videoda qəbahətli heç nə olmayıb:

"O video mənim telefonumdan çəkilmişdi. Orada elə bir şey yox idi. Sadəcə olaraq, yaxşılardan uzaq, mənəvi cəhətdən kasad insanlar nəyi necə görürlərsə, elə canlandırırlar. Şişirtdilər ki, dodaqdan öpüşdülər. Onu belə etmək lazım deyildi. Nadir gözəl insandır. Çoxlarında olmayan vicdan, qürur, insani davranış, ailəsinə bağlılıq məhz Nadirdə var. Onun gözəl xanımı var. Dəxlisiz nələrsə etməklə gözdən düşməz.

Nadirin üzr istəməyini anlamadım, orada bir şey yox idi. Buna başqa cür don geyindirdilər, başqa şey yapışdırdılar. Ayan da yaxşı qız, gözəl anadır. İllərdir Nadirlə ailəlikcə dostdurlar. Sənət dostumu qucaqlayıb öpürəmsə, nəsə var? Kiminsə əksik işi olsa, kamera önündə etməz. İnsanların həyatına müdaxilə etməyin, günahını boynuna almayın".

Qeyd edək ki, nadir Ayanın dodaqlarından öpdüyü videonu günel sosial şəbəkədə paylaşmışdı. Nadir daha sonra buna görə videoaçıqlama yayaraq, üzrə istəyib.