Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında həlledici rol oynayır Ekspert


Digərləri 07 Sen 2021 00:02:00 161 0

Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında həlledici rol oynayır  Ekspert

Azərbaycan kritik əhəmiyyət daşıyan neft və qaz ehtiyatlarını tədarük etməklə təkcə regionda deyil, həm də Avropa İttifaqının cənubunda enerji təhlükəsizliyinin təmin olunmasında həlledici rol oynayır.

Son.az bildirir ki, bunu Trend-ə "Naval Postgratuade School"un (ABŞ) əməkdaşı, ekspert Arnold Düpüi deyib.

O bildirib ki, dünyanın digə hissələrində də Azərbaycanın neft və qazına böyük tələbat mövcuddur: "Azərbaycan, əlbəttə ki, Xəzər regionunda və Mərkəzi Asiyada enerji təhlükəsizlitynin təmin olunmasında böyük rol oynayır".

Qeyd edək ki, sentyabrın 6-dan 10-dək ADA Universiteti nəzdindəki Aİ məsələləri üzrə bilik mərkəzi NATO-nun enerji təhlükəsizliyi sahəsində qabaqcıl təcrübə mərkəzi, Ali Hərbi Dəniz Məktəbi, BP Azərbaycan və Azərbaycan Dövlət Neft Şirkəti ilə birgə "Qafqaz-2021" Regional enerji təhlükəsizliyi üzrə genişləndirilmiş simpozium keçirəcək.