"Taliban" Əhməd Şah Məsudun məqbərəsini nəzarətə alıb


Dünya 06 Sen 2021 23:50:00 192 0

"Taliban" Əhməd Şah Məsudun məqbərəsini nəzarətə alıb

"Taliban" hərəkatı Əhməd Şah Məsud (1953-2001) məqbərəsini öz nəzarəti altına alıb. Əhməd Şah Məsud Pəncşir vilayətində "Taliban"a müqavimət göstərən Əhməd Məsudun atası olub.

Trend-in məlumatına görə, bu barədə Aftab News agentliyi bildirib.

Məlumata əsasən, "Taliban"ın sahə komandirləri sosial şəbəkələrdə hərəkat üzvlərinin məqbərəyə bitişik ərazini nəzarətdə saxladıqlarını əks etdirən video görüntülər yerləşdiriblər. Həmin məqbərə üsyançı bölgənin inzibati mərkəzi olan Bazarak şəhərindən 8 km uzaqda bir təpədə yerləşir.