Samux sakini qonşusu tərəfindən bıçaqlanıb


Kriminal 06 Sen 2021 23:34:00 141 0

Samux sakini qonşusu tərəfindən bıçaqlanıb

Samuxda bıçaqlanma hadisəsi baş verib.

Son.az APA-ya istinadən bildirir ki, hadisə rayonun Kolayır kəndində qeydə alınıb.

2000-ci il təvəllüdlü kənd sakini Raqif Balakişiyev bıçaqlanma diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Yaralı dərhal cərrahi əməliyyat edilib, vəziyyətinin kafi olduğu bildirilir.

İlkin məlumata görə, 21 yaşlı gənc qonşusu tərəfindən bıçaqlanıb.

Faktla bağlı araşdırma aparılır.