Özbəkistana Çindən 3 milyon doza “ZFUZVAC2001” peyvəndi gətirilib


Dünya 06 Sen 2021 22:40:00 112 0

Özbəkistana Çindən 3 milyon doza “ZFUZVAC2001” peyvəndi gətirilib

Bu gün Çindən Özbəkistanın da həmmüəllifi olduğu 3 milyon doza "ZF-UZ-VAC2001" peyvəndi gətirilib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bununla da ölkəyə gətirilən vaksinlərin ümumi sayı 22 milyon 946 min 540 dozaya çatıb.

Hazırda Özbəkistanda "ZF-UZ-VAC2001", "AstraZeneca", "Sputnik V" və "Moderna" peyvəndlərindən istifadə olunur. Bu günədək Özbəkistanda 15 milyon doza vaksin istifadə olunub, əhalisinin 2 milyon 123 min 460 nəfər peyvənd edilib.

İlin sonunadək 7 milyon nəfərin peyvənd olunması nərədə tutulur.