Professor üçüncü dozanın effektivlik göstəricilərini açıqladı


Digərləri 06 Sen 2021 22:44:00 122 0

Professor üçüncü dozanın effektivlik göstəricilərini açıqladı

"BioNTech"in həmtəsisçisi və baş direktoru professor Uğur Şahin, Modena Universitetinin immunologiya professoru, Stanford Universitetinin professoru Mark Davis vaksinlə bağlı keçirilən onlayn konfransa qatılıb.

Son.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Uğur Şahin konfransda yeni növ koronavirus ştammlarına qarşı hazırladıqları mRNA vaksininin laboratoriya nəticələri haqqında danışıb. Tədqiqatlarda fərqli üsulları sınaqdan keçirdiklərini və lazımi konsepsiyaya nail olduqlarını bildirib:

"2020-ci ildəki vəziyyətlə üz-üzə qalmaq bizə bu texnologiyaları inkişaf etdirməyə kömək etdi. Virusdan qorunmaq üçün genetik məlumatlardan istifadə edirik. 20-dən çox neyrogeni test etdik və hansı peyvəndin ən uyğun olduğunu araşdırdıq. Daha yaxşı reseptor bağlama yeri və ya tam sünbül zülalının ən uyğun peyvənd olduğunu gördük.

2019-cu ildə peyvənd istehsalımız 10 min idi. Ortağımız "Pfizer" ilə ilin sonuna qədər 1 trilyon dozadan çox peyvənd istehsal edəcəyik. Bu, çox böyük bir artımdır.