Budapeşt sakinləri bir gecəlik parklama yerləri ala biləcəklər


Dünya 06 Sen 2021 22:30:00 223 0

Budapeşt sakinləri bir gecəlik parklama yerləri ala biləcəklər

Avtomobil həvəskarları belə bir vəziyyətlə yaxşı tanışdırlar: onlar axşam evə gələndə avtomobillərini saxlamaq üçün yer tapa bilmirlər. Dünya şəhərlərinin əksəriyyətində axşam və gecə vaxtı parklama pulsuzdur. Bundan istifadə edən avtomobil sahibləri öz maşınlarını yaşadıqları rayonlarda saxlamırlar. Nəticədə bəzən elə olur ki, bu və ya digər rayonların sakinləri öz maşınlarını evinin yaxınlığında saxlamaq üçün yer tapmır, çünki yerlərin çoxu "qonaqlar" tərəfindən tutulmuş olur.

Budapeşt meriyası Avropanın bəzi başqa paytaxt şəhərlərində sınaqdan çıxarılmış yol ilə getməyi qərara alıb. Son.az AZƏRTAC-a istinadən bildirir ki, Budapeştin VI rayonunda yaşayan sakinlərin öz avtomobillərini gecə vaxtı saxlamaları üçün yerlər müvafiq nişanlarla qeyd edilir.

Qeyd edək ki, bu üsul Qərbi Avropanın bir sıra şəhərlərində, o cümlədən Milan, Vyana, Praqa və Londonda tətbiq olunur.