Bu həftə İspaniyada yeni tədris ili pandemiya şəraitində başlayır


Dünya 06 Sen 2021 22:20:00 111 0

Bu həftə İspaniyada yeni tədris ili pandemiya şəraitində başlayır

Bu həftə bütün İspaniyada yeni tədris ili pandemiya şəraitində Pandemiya şəraitində başlayır.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, İspaniya Səhiyyə Nazirliyinin sentyabrın 3-nə olan məlumatına görə, 12-19 yaş arası yeniyetmələrin 74 faizinə koronavirus əleyhinə vaksinin birinci dozası vurulub, 39,4 faizi isə tam vaksinləmə sxemindən keçib. Pedaqoqların 100 faizi tam immunlaşdırılıb.

Bu tədris ilində sanitar qaydaları keçən ildəki kimi olacaq: 6 yaşdan yuxarı şagirdlərdə məcburi maska taxılması və 1,5 metr sosial məsafəyə riayət olunma.

Ənənəyə görə, İspaniyada regiondan və tədris müəssisəsindən asılı olaraq tədris ili sentyabrın ilk həftələrində - ayın 4-dən 18-dək başlayır.