Bakıda qəza zamanı avtomobil qaz borusuna çırpılaraq aşıb FOTO


Digərləri 06 Sen 2021 22:10:00 140 0

Bakıda qəza zamanı avtomobil qaz borusuna çırpılaraq aşıb  FOTO

Bakının Nərimanov rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Son.az APA-ya istinadən bildirir ki, avtoqəza Aşıq Molla Cümə küçəsində qeydə alınıb.

"Toyota"nın sürücüsü sola dönmək istəyərkən "Hyundai" markalı avtomobil yüksək sürətlə dönən nəqliyyat vasitəsinə çırpılıb. Zərbənin gücündən "Hyundai" əvvəlcə qaz borusuna çırpılıb, daha sonra aşıb.

Qəza nəticəsində sürücü xəsarət alıb. Qaz borusu isə yararsız hala düşüb. Əraziyə "Azəriqaz" İstehsalat Birliyinin əməkdaşları cəlb edilib. Hazırda borunun təmiri işləri aparılır.