Azərbaycandan Rusiyaya təyyarə ilə necə və neçə manata getmək olar?


Digərləri 06 Sen 2021 20:48:00 225 0

Azərbaycandan Rusiyaya təyyarə ilə necə və neçə manata getmək olar?

Sentyabrın 1-dən Azərbaycandan Rusiyaya səyahət edənlər üçün yeni giriş qaydaları qüvvəyə minib.

Qaydalara əsasən, hava nəqliyyatı ilə qonşu ölkəyə gedənlər smartfonlarına "COVID-19-suz səyahət edirəm" mobil tətbiqini yükləməlidirlər.

Mobil tətbiqə ümumvətəndaş pasportunun skan olunmuş surəti, habelə PCR testinin nəticəsi əlavə olunmalıdır.

Bəs Azərbaycandan Rusiyanın hansı şəhərlərinə, hansı aviaşirkətlərin xətti ilə və neçə manata səyahət etmək olar? Son.az bildirir ki, report bununla bağlı araşdırma aparıb.

Moskvaya 3 aviaşirkət uçur

Sirr deyil ki, qonşu ölkəyə üz tutanlar arasında paytaxta gedənlər üstünlük təşkil edir. Hazırda Bakıdan Moskvaya iki ölkənin milli aviadaşıyıcıları - "Azərbaycan Hava Yolları" (AZAL) və "Aeroflot", eləcə də Rusiyanın "Utair" aviaşirkəti uçuşlar təşkil edir.

AZAL-ın xidmətindən istifadə etmək istəyənlər bunun üçün həftənin bazar ertəsi, çərşənmə, şənbə və bazar günlərini seçməlidirlər. Birtərəfli aviabiletin qiyməti "ekonom klass"da 500 manatdan, "biznes klass"da isə 1 300 manatdan başlayır.

"Aeroflot" isə Azərbaycan paytaxtından Rusiya paytaxtına - "Şeremetyevo" hava limanına həftədə 5 dəfə aviareyslər həyata keçirir. Birtərəfli aviabiletin qiymətləri "ekonom klass"da 500 manatdan, biznes klassda isə 1 200 manatdan başlayır.

"Utair"in təklif etdiyi qiymət isə nisbətən aşağıdır. Məsələn, 300 manata "ekonom klass" bileti tapmaq mümkündür.

Digər şəhərlərə də getmək olar

Rusiyanın 2-ci ən böyük şəhəri Sankt-Peterburqa da təyyarə ilə getmək mümkündür. Hər həftənin cümə günləri qonşu ölkənin "Nordvind Hava Yolları" şirkəti "ekonom klass" üçün 300 manatdan, "biznes klass" üçün isə 1 000 manatdan başlayan birtərəfli biletlər təklif edir.