Rejissor Serenayla görüş üçün restoranı bağlatdırdı


Şou-biznes 06 Sen 2021 20:18:00 129 0

Rejissor Serenayla görüş üçün restoranı bağlatdırdı

Aktrisa Serenay Sarıkaya rejissor Umut Evirgenlə eşq yaşayır.

Son.az axşam.az-a istinadən xəbər verir ki, münasibətlərini gizli saxlayan cütlüyün görüşdüyü yer ortaya çıxıb. Ötən gecə məkanda görüşərkən Umut məkanı bağlatdıraraq, işçilərə heç kimi içəri almamaları ilə bağlı təlimat verib.

Qeyd edək ki, Umut bundan əvvəl məşhur aktrisa Tuba Büyüküstün və Melisa Şenolsunla yaşadığı eşq macəraları ilə gündəmə gəlib.