İLK DƏFƏ: Bakıdan Füzuliyə təyyarə ilə uçuş


Siyasət 05 Sen 2021 11:15:00 124 0

İLK DƏFƏ: Bakıdan Füzuliyə təyyarə ilə uçuş

Bu gün Bakıdan Qarabağa ilk sınaq uçuşu baş tutur.

Bakıdan uçan "Azərbaycan Hava Yolları" na məxsus ən böyük "Airbus A340-500" tipli sərnişin təyyarəsi sınaq reysi həyata keçirərək işğaldan azad olunmuş Qarabağın ilk hava limanına doğru havaya qalxıb.

Uçuşu həyata keçirən təyyarə "Qarabağ" adını daşıyır.

Bu gün həmçinin Azərbaycanın "Silk way" aviaşirkətinə məxsus ən böyük yük təyyarələrindən biri olan "Boeing 747-400" tipli hava gəmisi də Füzuli hava limanına enib.

Bu təyyarə ilə Qarabağa ilk dəfə hava yolu vasitəsilə yüklər çatdırılıb.