"Taliban"çılar Pəncşirin Annaba rayonunu ələ keçiriblər


Dünya 05 Sen 2021 10:58:00 256 0

"Taliban"çılar Pəncşirin Annaba rayonunu ələ keçiriblər

"Taliban" hərəkatının döyüşçüləri Pəncşir əyalətinin mərkəzindəki Annaba rayonunu ələ keçiriblər.

Son.az APA-ya istinadən bildirir ki, bu barədə Əfqanıstanın "Ashwaka" agentliyi məlumat yayıb.

Məlumata görə, döyüşlərin əyalət qubernatorunun sarayı ərazisində gedir.

Bundan bir qədər əvvəl radikalların nümayəndəsi Bilal Kərimi "Twitter"də verdiyi açıqlamada "Taliban"ın artıq Pəncşirin Xinc, Annaba, Şotol və Paryan bölgələrinə nəzarət etdiyini bildirmişdi.