Kiprdə britaniyalı hərbçi həlak oldu


Dünya 05 Sen 2021 09:52:00 129 0

Kiprdə britaniyalı hərbçi həlak oldu

Kiprdə britaniyalı hərbçilər avtomobil qəzasına düşüblər.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə Akrotiri və Dekelia hərbi bazalarının rəhbərliyi xəbər yayıb.

Bildirilir ki, qəza nəticəsində hərbçilərdən biri dünyasını dəyişib, sağ qalan iki hərbçi yüngül xəsarət alıb.

İlkin araşdırmalara əsasən, qəza sürücünün idarəetməni itirməsi nəticəsində baş verib, avtomobil yoldan çıxaraq ağaclara çırpılıb.